Zelenski bugünkü 3 sammit haqqında: “Kimin dost, kimin satıldığını görəcəyik”
“Martın 24-də Brüsseldə 3 mühüm sammit keçiriləcək. NATO, Aİ, G7 sammitləri hər birimiz üçün vacibdir”.
İNFONEWS xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski videoformatda müraciətində deyib.
“Siyasətçilər azadlığı dəstəkləməlidirlər. Onlar həyat uğrunda mübarizəni dəstəkləməlidirlər. Biz ciddi addımlar gözləyirik. Bilirik ki, rusiyalılar artıq öz maraqlarını lobbiləşdirməyə başlayıblar. Bu da müharibənin maraqlarıdır”, – Ukrayna lideri deyib.
“Bilirik ki, onlar bəzi tərəfdaşlarla işləyirlər. Müharibə mövzusunu söndürmək istəyirlər. Üç sammitdə güclü mövqelərimiz olacaq. Bu üç sammitdə kimin dost, kimin ortaq, kimin satılıb xəyanət etdiyini görəcəyik”, – Zelenski əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır