Türkiyənin BMT-dəki nümayəndəsi: “Ukrayna münaqişəsi qalibi olmayan müharibədir”
“Rusiyanın Ukraynaya qarşı müharibəsi beynəlxalq hüququ kobud şəkildə pozur”.
“İNFONEWS”xəbər verir ki, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu deyib.
“Bu, qalibi olmayan müharibədir. Bu, heç vaxt başlamamalıydı və dərhal bitməli idi”, – Türkiyə təmsilçisi deyib.
Ş.Sinirlioğlu həmçinin bildirib ki, Mariupolda günahsız insanlar, xüsusən qadınların və uşaqlar əziyyət çəkir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır