“Jirinovski sağdır” – Kreml

“Jirinovski sağdır” – Kreml

Vladimir Jirnovski sağdır.

“İNFONEWS” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin həkim nəzarətində olduğunu, səhhətinin ağır olduğunu bildirib.

***

13:19

Senator Aleksandr Pronyuşkin Teleqram kanalında Jirinovskinin öldüyünü bildirsə də, daha sonra yazdığı postu silib.

“İNFONEWS” xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin LDPR liderinin dünyasını dəyişmədiyini, lakin vəziyyətinin ağır olduğunu bildirib və Jirinovskinin sağalmasını arzulayıb.

***

13:02

Rusiyalı siyasətçi, Liberal Demokratik Partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski 75 yaşında ölüb.

“İNFONEWS” “RİA Novsoti”yə istinadən xəbər verir ki, o, xəstəxanada vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir