Mariupol Şəhər Şurası: “Dram Teatrının bombalanması nəticəsində 300-ə yaxın adam ölüb”

Mariupol Şəhər Şurası: “Dram Teatrının bombalanması nəticəsində 300-ə yaxın adam ölüb”

Ukraynanın Mariupol şəhərində Dram Teatrının binasının bombalanması nəticəsində 300-ə yaxın insan həlak olub.

“İNFONEWS” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.

“Təəssüf ki, günə pis xəbərlə başlayırıq. Şahidlərin bildirdiyinə görə, Mariupol Dram Teatrının Rusiya təyyarəsi tərəfindən bombalanması nəticəsində 300-ə yaxın adam həlak olub”, – məlumatda deyilir.

Şəhər Şurasından xatırladılıb ki, teatrın binası qarşısındakı nəhəng “UŞAQLAR” yazısı da Rusiya qoşunlarını dayandırmayıb.

Xatırladaq ki, daha əvvəl UNİAN martın 16-da Rusiya təyyarəsinin Mariupolda yüzlərlə mülki şəxsin gizləndiyi Dram Teatrının binasına bomba atdığını yazmışdı. Sığınacağa giriş dağıntılarla bağlanıb və atəşin davam etməsi səbəbindən uzun müddət xəsarət alanlar barədə məlumat olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir