Ərdoğanla Zelenski arasında telefon danışığı olub

Ərdoğanla Zelenski arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

İNFONEWS xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.

Söhbət zamanı müharibə ilə bağlı son vəziyyət müzakirə olunub.

Ərdoğan danışıq zamanı NATO sammitində Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğuladığını, ikitərəfli görüşlərdə Türkiyə olaraq göstərdikləri səmərəli diplomatik səyləri qeyd edib.

Türkiyə lideri bildirib ki, ölkəsi bu prosesdə əlindən gələn köməyi həyata keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir