Rəsmi Kiyev: “Rusiya azərbaycanlıları Krıma deportasiya etmək istəyir”

Rəsmi Kiyev: “Rusiya azərbaycanlıları Krıma deportasiya etmək istəyir”

“Xersonda Rusiya işğalçıları azərbaycanlıları və Axısqa türklərini zorla deportasiya etməyə hazırlaşır. Onları Krıma köçürmək niyyətindədirlər”.

“İNFONEWS” xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk brifinqdə söyləyib.

“Əldə olan məlumata görə, işğalçılar nümayiş aksiyası planlaşdırıblar. Onlar Xersondan etnik erməniləri, azərbaycanlıları və Axısqa türklərini zorla Ukraynanın işğal olunmuş Krım yarımadasına sürgün etməyə hazırlaşırlar”.

Kiyev rəsmisinin sözlərinə görə, bu addımlar cinayətdir.

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir