Qız Qalasının işıqları söndürüləcək
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu gün saat 20:30-dan 21:30-dək Qız Qalasının işıqlarını söndürərək “Yer saatı” ekoloji aksiyaya qoşulacaq.
İdarədən verilən məlumata görə, Ümumdünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə hər il martın son şənbə günü dünyada “Yer saatı” ekoloji aksiyası keçirilir.
Aksiya çərçivəsində binaların fasad işıqları söndürülərək iqlim dəyişikliyinə və ekoloji fəsadlara diqqət cəlb edilir.
Azərbaycan “Yer saatı” kampaniyasına rəsmi olaraq 2011-ci il martın 26-da qoşulub və ilk aksiya çərçivəsində Qız Qalasının işıqları söndürülüb. Bu il Bakının bir çox tanınmış tikililərinin fasad işıqları bir saatlıq söndürüləcək.