“Ukraynada baş verənlər XXI əsri dəyişdirəcək”-Bayden
“Bayden mənə iki şey söylədi: Ukraynada baş verənlər XXI əsri dəyişdirəcək. O, bunu aydın başa düşür – bu, Rusiyanın Ukraynaya qarşı müharibəsi deyil, bu, tiranlığın bütün dünyaya qarşı müharibəsidir”.
“İNFONEWS” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Polşanın paytaxtı Varşavadan ABŞ Prezidenti Cozef Baydenlə görüşdən sonra bildirib.
“O həmçinin bildirib ki, ABŞ bizim qələbəmiz üçün hər məsələdə Ukraynanın yanında olacaq, heç bir şey ABŞ-ı Ukraynadan kənarlaşmağa və dəstəyi zəiflətməyə məcbur etməyəcək, əksinə, dəstək yalnız güclənəcək”, – XİN başçısı bildirib.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır