“Çeçenlərlə “kadırovçular”ı səhv salmayın”
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç vətəndaşları Çeçenistan rəhbəri Ramzan Kadırovun dəstəsinin Ukrayna ərazisində döyüşməsi fonunda çeçenləri və ümumiyyətlə müsəlmanları təhqir etməməyə çağırıb.
“İNFONEWS”-un məlumatına görə, bu barədə Prezident Ofisinin rəsmisi videomüraciət ünvanlayıb.
“Siz bununla bütün dünya müsəlmanlarını incidirsiniz, birincisi, bura bizə kömək edən bir çox ölkə və dövlətlər daxildir. İkincisi, siz öz silahdaşlarınızı – Ukrayna müsəlmanlarını və dünyanın başqa ölkələrindən sizinlə döyüş sıralarında iştirak edən müsəlmanları, o cümlədən çeçenləri incitmiş olursunuz. Ona görə də gəlin çeçenlərlə “kadırovçular” arasında fərq qoyaq və müsəlmanları dini zəmində və onlar üçün son dərəcə vacib olan dəyərlərə görə incitməyək”, – O.Arestoviç bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır