Səudiyyə Ərəbistanında Formula 1 Qran-prisi təhlükə altına düşüb

Səudiyyə Ərəbistanında Formula 1 Qran-prisi təhlükə altına düşüb

Ciddə şəhərinin raket atəşinə tutulmasına baxmayaraq, “Formula 1” üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin keçirilməsi sarıdan heç bir təhlükə yoxdur.

“İNFONEWS” xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd ben Sulayem əminliklə açıqlama verib.

O bildirib ki, üsyançıların hədəfi bu tras yox, iqtisadi infrastrukturdur: “Buranın təhlükəsiz yer olduğuna və heç nəyin baş verməyəcəyinə dair ən yüksək səviyyədə təminatımız var”.

Qeyd edək ki, martın 25-də husilər Səudiyyə Ərəbistanının neft infrastrukturunu raket atəşinə tutub. Nəticədə Ciddə trası yaxınlığındakı “Aramco” şirkətinin neft anbarlarından birində partlayış və yanğın baş verib. Səudiyyə Ərəbistanı Qran-prisində sərbəst yürüşlərə martın 25-də start verilib. Martın 27-də isə əsas yürüş olacaq.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir