Nigeriyada ağır yol qəzası baş verib, 14 nəfər öldü

Nigeriyanın mərkəzində avtobus ilə yük maşınının toqquşması nəticəsində ən azı 14 nəfər öldü.

Infonews-un məlumatına görə, bu barədə ölkənin Punch qəzeti bildirib.

Yerli hakimiyyət nümayəndəsinin sözlərinə görə, qəza Koqi ştatında Lokoca-Obacan magistral yolunda baş verib.

Bir neçə nəfər yaralanıb, onların sayı dəqiqləşdirilməyib. Polis hadisənin səbəbi ilə bağlı araşdırma aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir