Vaşinqton şəhərinin hakimiyyəti şəhərin mərkəzində etiraz və iğtişaşlar fonunda komendant saatı tətbiq edib.
Infonews-un məlumatına görə, bu barədə ABŞ paytaxtın meri Müriel Mouzer bildirib.
M.Mouzer qeyd edib ki, komendant saatı Kolumbiya dairəsində yanvarın 6-sı saat 18:00-dan yanvarın 7-si saat 06:00-dək tətbiq olunacaq.
Paytaxt meri əlavə edib ki, küçələrdə yalnız xüsusi icazə alanlar və fövqəladə hallar işçilərinə olmağa icazə verilir.