“Oskar”ın 94-cü təqdimetmə mərasimi uzun illər unudulmayacaq
“İNFONEWS” xəbər verir.
“CODA: kar valideynlərin övladı” ilin ən yaxşı filmi, “Ən yaxşı kişi aktyor” nominasiyası üzrə “Oskar” mükafatı qazanan “Kral Riçard” filmindəki roluna görə ABŞ aktyoru və musiqiçisi Uill Smit oldu və səhnədəcə dava saldı.
“Oskar” kinopremiyasının 94-cü təqdimetmə mərasimi tamaşaçılara təkcə aktyor Uill Smitin səhnədəki dahası ilə deyil, həm də mərasim iştirakçılarının hazırda ölkəsində müharibə gedən Ukrayna xalqına bir dəqiqəlik sükut ilə həmrəylik nümayiş etdirdikləri ilə yadda qalacaqdır.
Tədbirin digər bir intriqası isə bəzi aktyorların Ukrayna Prezidenti Volodimir Zelenskinin canlı müraciətinin verilməsi tələbinin qoyulması oldu. Xüsusilə, Şon Penn Zelenskiyə söz verilməsə, qazandığı Oskar heykəlciklərin hamısını əridəcəyini söylədi.
Ukrayna Prezidentinin müraciəti baş tutmasa da, fasilədə təşkilatçılar ekranlarda kinoakademiyanın rəsmi bəyanatını nümayiş etdirərək, iştirakçılardan Ukraynada müharibədə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini bildirdilər.