İqtisad Universiteti “UNEC-i tanı” layihəsinə start verdi

İqtisad Universiteti “UNEC-i tanı” layihəsinə start verdi

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “UNEC-i tanı” layihəsinə start verilib.

UNEC-dən verilən məlumata görə, universiteti abituriyentlərə daha yaxından tanıtmaq və ixtisas seçimində onlara dəstək olmaq məqsədilə təşkil olunan layihə çərçivəsində tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqları, beynəlxalq proqramlar və. s barədə məlumat veriləcək. Eyni zamanda, abituriyentlərə ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstəriləcək.

Regionlarda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlər isə UNEC-in rəsmi feysbuk (https://www.facebook.com/unecedu) səhifəsi, eləcə də 012-492-60-43 nömrəsi ilə əlaqə saxlayaraq onları maraqlandıran suallara cavab ala biləcəklər.

Qeyd edək ki, UNEC-ə I, II, III, IV və V ixtisas qruplarında 22 ixtisas üzrə bakalavr qəbulu həyata keçirilir.

“İNFONEWS” 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir