Həkim Zəhra Əlili: “Şəxsi və peşəkar gigiyena – ağız boşluğu sağlamlığıdır”

Həkim Zəhra Əlili: “Şəxsi və peşəkar gigiyena – ağız boşluğu sağlamlığıdır”

“Sağlam və gözəl dişlər, təravətli nəfəs – hər bir müasir insanın imicinin əsas hissəsini təşkil edir. Bu, həm qadınlara, həm də kişilərə aiddir”

Bu fikirlər “İNFONEWS” – un “Sağlamlıq 10-dur, doqquzu həkim məsləhəti” rubrikasının qonağı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 3 saylı Tələbə poliklinikasının həkimi, stomatoloq Zəhra Əlilidir.

Ağız boşluğunun gigiyenası – kariyes, diş əti və periodont iltihabının profilaktik vasitələrindən biridir. Bu xəstəliklərə sonradan diş daşına çevrilən yumşaq bakterial ərp səbəb olur. Düzgün gigiyena – ağız boşluğu sağlamlığının təminatıdır ki, bu, qaydalı, müntəzəm olaraq həyata keçirilməlidir.

Bəzən insanlar müntəzəm gigiyenanı, yalnız səhər və axşam diş firçalamaqda görür. Lakin bu belə deyil. Gün ərzində, yaxşı olar ki, hər yeməkdən sonra dişlərinizi firçalayasınız. Bəli, bu həmişə mümkün olmadiğindan, ağiz boşluğunu hər yeməkdən sonra su və ya xususi məhlul ilə yaxalamaq lazimdir.

“Saqqızı nə vaxt çeynəmək düzgündür?” – sualı, bizə verilən ən çox suallardandır. Beləliklə, saqqız, bir qayda olaraq, ancaq yemək qəbulundan sonra 10 dəqiqə ərzində çeynənməlidir.

Yeri gəlmişkən qeyd edək ki, ağiz boşluğunun gigiyenasının əsas komponentlərindən biri də diş sapıdır. Diş sapı vasitəsi ilə dişlər arasındakı qida qalıqları təmizlənir ki, bununla da, kariesin yaranmasının qarşısı alınır.

Hər yeməkdən sonra diş sapı istifadə etmək tövsiyə olunur. Ağız boşluğu gigiyenasına ciddi riayət etmədikdə bakteriyaların sayı sürətlə artır, onlar dişlərə daha möhkəm yapışır və böyük koloniyalar yaradır. Nəticədə dişlərin üzərində ərp daha sonra diş daşı əmələ gəlir. Vaxt keçdikçə diş daşı damaqların iltihabına, qanamasına, pis qoxu və dişlərin laxlamasına gətirib çıxarır. Peşəkar gigiyena isə bu prosesləri dayandırmağa yardım edir. Mütəxəssislər tərəfindən həyata keçirilən ağız bo.luğunun peşəkar gigiyenasına daxildir:

-Damaqaltı və damaqüstü daşların təmizlənməsi

-Yumşaq ərp və piqmentlərin aradan qaldırılması

-Pasta ilə cilalanması

-Flor tərkibli lak ilə dişlərin örtülməsi

Ağiz boşluğunun damaq xəstəliklərinin qarşısını almaq və dişləri sağlam saxlamaq üçun ildə iki dəfədən az olmayaraq stomatoloqun qəbulunda olmağınız məsləhət görülür.

Hər kəsə bəyaz və sağlam dişlər, təravətli nəfəs, xoşbəxt gülüşlər arzu edirik.

“İNFONEWS” komandası olaraq, maraqlı, aktual mövzu ilə bağlı tövsiyələrini bizlərlə paylaşdığına görə, sevimli həkimimiz Zəhra xanıma təşəkkürümüzü bildiririk.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir