Bakı Marşal Klubunun rəhbər marşalları yenidən bir araya gəldi

Bakı Marşal Klubunun rəhbər marşalları yenidən bir araya gəldi

Bakı Marşal Klubunun rəhbər marşallarının növbəti görüşü keçirilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) nəzdində fəaliyyət göstərən klub üzvləri bir araya gələrək, ötən ilki yarışın nəticələri, marşallar üçün təlim planı, həmçinin, Formula 1 2022 mövsümünün reqlamentindəki dəyişiklikləri müzakirə ediblər. Tədbirdə 100-ə yaxın rəhbər marşal iştirak edib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) “İNFONEWS”-a bildirilib ki, 2016-cı ildə “yarış rəsmiləri” üçün təlimlər xarici rəhbər marşallar tərəfindən keçirilirdisə, 2017-ci ildən etibarən bu təlimlər peşəkar yerli rəhbər marşallar tərəfindən aparılır. Son altı il ərzində marşallar üçün yaradılmış təlim və kommunikasiya sistemi Formula 1 Azərbaycan Qran Prisinin mütəşəkkil təşkili üçün öz töhfəsini verməkdədir.

10-12 iyun tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində 1400 marşal iştirak edəcək ki, onlardan 100 nəfəri xarici vətəndaşlardır.

Qeyd edək ki, Bakı Marşal Klubu 2016-cı ildən etibarən fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir