Əfqanıstanda partlayış zamanı 5 uşaq ölüb, xəsarət alanlar var

Əfqanıstanda partlayış zamanı 5 uşaq ölüb, xəsarət alanlar var

Əfqanıstanın cənubundakı Gülmənd əyalətində minaatan mərmisinin partlaması nəticəsində 5 uşaq həlak olub, daha iki azyaşlı isə yaralanıb.

Bu barədə “İNFONEWS” xarici mətbuata istinadən xəbər verir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə bir qrup uşaq partlamamış minaatan mərmisi ilə oynayan zaman baş verib.

Qeyd edilir ki, mərmi döyüş əməliyyatları zamanı ərazidə qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir