Gecə klubunda güclü partlayış baş verib – ölən və yaralılar var YENİLƏNİB

Gecə klubunda güclü partlayış baş verib – ölən və yaralılar var YENİLƏNİB

Xəbər verdiyimiz kimi,

Aprelin 3-də saat 03:00 radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən gecə klubu kimi fəaliyyət göstərən obyektdə yanğınla nəticələnən partlayışın baş verdiyi və obyekt daxilində uçqun olduğu müəyyənləşdirilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilməyərək qısa müddətdə söndürülüb.

Hazırda obyekt daxilində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və xəsarət alanlar var.

Fotoşəkilləri təqdim edirik.

Fotoların müəllifi : Fariz Faiqoğlu

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir