Yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər – Gecə klubunda PARTLAYIŞ

Yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər – Gecə klubunda PARTLAYIŞ

Bu gün Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarət alanların bir qisminin adları məlum olub.

Qeyd etdiyimiz kimi, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində fəaliyyət göstərən gecə klubunda qeydə alınan hadisə zamanı Fətullazadə Ayxan Eldar oğlu (2001-ci il təvəllüdlü), Aslan Quliyev, Cəfərov Rauf Rüfət oğlu, Əsədzadə Rufanə Mais qızı, Məhərrəmov Ramil Ayətşah oğlu (1987-ci il təvəllüdlü), Əliyeva Sültanə İlham qızı (1987-ci il təvəllüdlü), Əbdülrəhmanlı Tural Tariel oğlu (1990-cı il təvəllüdlü), Qurbanov Kamran Nəriman oğlu (1996-cı il təvəllüdlü), Bağırova Fəridə Faiq qızı (1989-cu il təvəllüdlü), Fərqanə Eynullayeva (1999), Gülbala Abdullayev, Ələkbərova Ləman Nəcəf qızı (2001), Samira Mahmudlu (1989), Fidan Hüseynova xəsarət alıblar.

Yaralılar Bakının müxtəlif xəstəxanalarına yerləşdiriliblər.

“İNFONEWS” komandası yaralıların qohumları ilə xəstəxanalarda söhbətlər aparıb, vəziyyətləri ilə yaxından maraqlanıb. Xəsarət alanlardan Ayxan Fətullazədənin yaxınları və digər yaralıların vəziyyəti stabil olduğunu, müxtəlif dərəcəli yanıq  xəsarəti aldıqları məlum olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir