“Ey məni dağ başından səsləyən küləklər!” – BAKI KÜLƏKLƏRİ!
Hər səhər, hər axşam, hər axşam, hər səhər
Çox zaman sərsəri küləklər bixəbər
Bir yaxın dost kimi qapımı döyərlər,
Küləklər, küləklər, bəstəkar küləklər,
Dünyanı dolaşan bəxtiyar küləklər!
Bəziniz qorxulu, bəziniz qorxusuz,
Bəziniz duyğulu, bəziniz duyğusuz,
Bəziniz uyqulu, bəziniz uyqusuz,
Küləklər, küləklər,ey sərin küləklər,
Sizdə var qoxusu hər yerin, küləklər!
Ey çılğın küləklər, nəşəniz daşarkən,
Bağların şehindən mey sorub coşarkən,
Nalqıran dağları atlayıb aşarkən,
Məni də alınız, uçayım dağlara.
Könlümdə nə varsa, açayım dağlara!
Gurlayın, ilhamım, sənətim gurlasın!
Fırtınam, qasırğam, qüdrətim gurlasın!
Şimşəyim parlasın. Zülmətim gurlasın!
Ey məni sərazad bəsləyən küləklər,
Bir dağın başından səsləyən küləklər!
Mikayıl Müşfiq (1929)
Hazırda Bakıda güclü külək müşahidə edilir.
Güclü külək “İNFONEWS” komandasının kameramanlarının gözü ilə