Azərbaycanda “E-KYC sistemi”nin yaradılması müzakirə olunub
“İNFONEWS” xəbər verir.
“2021-2023-cü illər üçün Rəqəmsal Ödənişlər Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərdən biri də “Öz müştərini tanı” siyasətinin effektiv təmin edilməsi məqsədilə “E-KYC sistemi”nin yaradılmasıdır.
Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, bu tədbirin icrası çərçivəsində “E-KYC sistemi”nin müzakirəsi məqsədilə Mərkəzi Bankın nümayəndələri ilə birgə onlayn görüş keçirilib. Görüşdə Mərkəzi Bank nümayəndələri tərəfindən “E-KYC sistemi”nin ilkin konsepsiyası barədə təqdimat edilib və suallar cavablandırılıb.
(AZƏRTAC)