Misir portalında Ağdaban faciəsi haqqında məqalə yayımlanıb

Misir portalında Ağdaban faciəsi haqqında məqalə yayımlanıb

“İNFONEWS” xəbər verir.

Misirin “Yeni dünya xəbərləri” portalında ermənilərin 1992-ci il aprelin 8-də Kəlbəcər rayonunun Ağdaban kəndində törətdikləri qətliam haqqında məqalə yayımlanıb.

Məqalənin müəllifi, suriyalı türkmən tədqiqatçı Muxtar Fatih Beydili erməni silahlı dəstələrinin Kəlbəcəri işğal etmək məqsədilə 130 evdən ibarət Ağdaban kəndini tamamilə yandırması, 67 dinc sakini vəhşicəsinə qətlə yetirməsi və 779 kənd sakininə işgəncələr verməsi barədə məlumat verib. Müəllif qeyd edib ki, təcavüz aktını planlı şəkildə həyata keçirən quldurlar bu yaşayış məntəqəsini qarət edib, yaşlı insanları diri-diri yandırıblar.

Müəllif diqqətə çatdırıb ki, həmin vaxt ermənilər Kəlbəcər rayonunun Çayqovuşan və digər yaşayış məntəqələrinə də hücum edib, Murov dağı ətrafında 52 min dinc sakini mühasirəyə alıblar. 1993-cü il aprelin əvvəlində Kəlbəcər rayonunu işğal edən Ermənistan 220 nəfəri qətlə yetirib, 321 dinc sakin əsir götürülüb və ya itkin düşüb.

Məqalədə ermənilərin Xocalı, Cəmilli, Quşçular, Malıbəyli və digər yaşayış məntəqələrində soyqırımı törətdikləri, dinc əhaliyə qarşı insanlığa qarşı görünməmiş cinayətlərə əl atdıqları, tarixi mədəniyyət abidələrini, məscidləri, qəbiristanlıqları dağıtdıqları qeyd olunub. Müəllif vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu qırğınları bəşəriyyətə qarşı ağır cinayət adlandırıb.

Yazının sonunda vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordunun göstərdiyi rəşadət nəticəsində 30 ildən sonra işğaldan azad olunmuş Kəlbəcərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır.

(AZƏRTAC)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir