“Şuşa İli”ndə Şuşadan REPORTAJ

“Şuşa İli”ndə Şuşadan REPORTAJ

Budəfəki səfərimiz Azərbaycanın mədəniyyət beşiyi olmaqla, “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilmiş ŞUŞA şəhərinədir.

Bir sözlə, möcüzədir bu şəhər! Bəlkə də dünyanın 8-ci möcüzəsidir – ŞUŞA!

Təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulan Şuşa!
17 məhəlləli Şuşa, 17 məscidli Şuşa!
Hər məhəllədə hamamı, bulağı olan Şuşa!
Görənləri özünə heyran buraxan Şuşa!

Əziz oxucu!

Belə deyim, bir insanı və ya birini şeyi görmək, ona qovuşmaq arzusunu “həsrət” sözü ilə ifadə edirik.

Bəs mənim Qarabağ həsrətim? Böyüyüb, Vətənimi tanımağa, gəzməyə başlayanda xalqıma, atalarıma məxsus torpaqları işğal altında olduğunu, həm də necə…zülm-zillətlə, min fitnə-fəsadla erməni tapdağında olduğunu gördüm… Mən Qarabağı görmədim. Eləcə də Şuşanı.

Şuşa işğal olunanda mən hələ dünyaya gəlməmişdim belə. Amma Şuşanı heç görmədən, heç bilmədən içimdə həsrətini çəkməyə başlamışdım.

Və….”SƏN AZADSAN, ŞUŞA!”. Həstərə SON!

Bu gündən artıq Şuşanı bir daha görmək, buraya yenidən qayıtmaq üçün tələsəcəm.

 

Fariz Faiqoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir