Almaniyanın XİN başçısı: “Ukraynanın ağır texnikaya ehtiyacı var”

“Ukraynanın hərbi vəsaitlərə, ilk növbədə, ağır texnikaya ehtiyacı var”.

İNFONEWS TASS-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Beerbok aprelin 11-də Lüksemburqda Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin görüşündə bildirib.

“Biz Ukrayna ilə bağlı hər gün çox dəhşətli mənzərələrin şahidi oluruq. Ukraynaya müdafiəni davam etdirmək üçün hərbi dəstək lazımdır. İndi bəhanə gətirməyin vaxtı deyil. İndi daha praqmatik və ağıllı davaranmaq zamanıdır”, – A.Beerbok qeyd edib.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir