“YƏHƏRLİ KİTABXANAÇILAR” – “SEHRBAZ PƏRİLƏR” – Tarixə baxış
“İNFONEWS” təqdim edir.
YƏHƏRLİ KİTABXANAÇILAR
Bəlkə də çoxlarınız “yəhərli”, “atlı” kitabxanaçılar barədə eşitməmisiniz. Lakin bu gerçəkdir.
Belə ki, ABŞ-da 1933-cü ildə işsizliyin səviyyəsi faizə çatır. Bir sıra ştatların, xüsusilə də Kentukki ştatının əhalisini işlə təmin etmək, eləcə də bu vəhşi diyarın sakinlərinin savadını artırmaq üçün “atlı kitabxana xidməti” təşkil edilir. Kitaxanaçılar bu xidmət vasitəsilə evlərə kitablar çatdırır, oxuculara zəruri ədəbiyyatı tövsiyə edirlər. Qeyd edək ki, məsafəsindən asılı olmayaraq, kitabxanaçılar kitabları evlərə, oxuculara vaxtında çatdırmalı idilər.
Beləliklə, kitabxanaçı-qadınlar (yəni əksər hallarda kitabxanaçılar qadınlardan olurdu) fəaliyyətlərinə kitablar və dövrü mətbuatın ən ucqar yerlərə çatdırılması kimi ən aktual funksiyanı da əlavə edərək, yeni bir proqram üzrə çalışırlar.
Bu proqramın ən ümdə məqsədi: uçqar yerlərdə yaşayan sakinlərin və onların övladlarının sosiallaşmasına yardım göstərmək, onların savadlı olması və gələcəkdə işsiz qalması idi.
Nə qədər qəribə səslənsə də, keçilməz meşələrin və dağ yamaclarının oxucularını dünyada baş verən yeniliklərinə aid kitablar deyil, çox sadə, adi məişət mövzusunda, kulinariya-mətbəx kitabçaları kimi, eləcə də az məlumatları olan, fərqli həyat tərzi ilə seçilən, başqa aləmin qəhrəmanları barədə bədii əsərlər cəlb edir, kitabxanaçılardan bu səpkidə ədəbiyyat tələb edilirdi.
SEHRBAZ PƏRİLƏR – KİTABXANAÇILAR
İkinci Dünya Müharibəsi, 40-cı illərin gərginliyi öz əksini ABŞ-da da göstərirdi. Məktəbdən, təhsildən uzaq olan yerli əhalinin savadlanmasında, fabrik və zavodlarda iş tapmasında kitabxanaçıların danımaz rolu vardı. Məhz onların sayəsində yetişən yeni bir nəsil oxucular kitabxanaçılara sehrbaz-pərilər kimi baxırdılar. Oxuculara hər dəfə yeni kitablar gətirən kitabxanaçılar oxuculardan böyük sevgi və hörmət görürdü.
Həmin illərin fotosunda kitabxanaçılara dərin hörmət əks olunub. Kitabxanaçının oxucularla hər görüşü toy-bayrama çevrilirməsi göstərilib.
Hazırladı: Arzu Məmmədqızı