Kürəyinə məlumatlar yazılan qızcığaz xilas olub
“İNFONEWS” xəbəb verir.
Ukraynada müharibə zamanı yadda qalan təsirli məqamlardan biri də ananın uşağının kürəyinə onunla bağlı məlumatları yazması idi.
Kürəyinə qələmlə adı, doğum tarixi və valideynlərinin telefon nömrələri yazılmış iki yaşlı Vera Makoviy xilas olub.
Qızcığazın anası müharibənin ilk günlərində onu itirməkdən və ya özünün ölməsindən çox qorxurdu.
BBC Saşa Makovini qızı Vera ilə birlikdə Fransanın cənubunda tapıb. 33 yaşlı qadın BBC radiosunun “The World Tonight” proqramında ümidsizliyə düşdüyü an haqqında danışıb. O, virus kimi yayılan fotonu artıq Fransaya gələndə “Instagram”da yayımlayıb.
Qadının sözlərinə görə, indi o, özü də psixoloji cəhətdən əzilib və Moldova və Rumıniyadan keçən uzun yoldan hələ də özünə gələ bilməyib. Ancaq “onlar sevgi və qayğı ilə əhatə olunublar və uşaq heç bir şeydən şübhələnmir”.
“Vera yaxşıdır. O, nə baş verdiyini anlamayacaq qədər balacadır. Mənimlə bağlı nəsə hiss edir, amma başa düşmək üçün çox balacadır. Nə yaxşı ki, o belə yaşdadır. Çox şadam”, – deyə Saşa Makovini bildirib.