Azərbaycanda 16 yaşlı qız ana oldu – ARAŞDIRILMA APARILIR

Azərbaycanda 16 yaşlı qız ana oldu – ARAŞDIRILMA APARILIR

“İNFONEWS” xəbər verir.

“Gəncədə 16 yaşlı qızın ana olması ilə bağlı araşdırma aparılır”

Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

O qeyd edib ki, Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb və məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, 16 yaşlı 2020-ci ildə ailə qurmuş “A.B.” dünən Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli xəstəxanasında doğum edib. Hazırda ana və uşağın vəziyyəti normal qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir