Bir dünya rəngli-rəngsiz dənizqoxulu MƏNZƏRƏLƏR…
“İNFONEWS” təqdim edir.
“Mən DAĞLARı sevirəm. Hüzuru, rahatlığı dağlara baxanda, qoyunda gəzəndə tapıram” – bunu dostlarıma, ətrafdakılara deyən kimi təəccüblü gözlər və eyni “Bəs DƏNİZ?” – sualı, söhbətimizin davamı olur.
Və mən bu gün xəritəmizdə ən maraqlı, qürurlu, qorxulu, ən əsası isə diqqətçəkən, varlığı ilə davamlı suallar doğuran bir məkana yollanıram.
Bəli, məkanın adı “Qartalın dimdiyi” kimi tanınan Şah dili adasıdır.
Sahilə yaxınlaşdıqca içimdə bir vahimə baş qaldırır. Hava rütubətdir. Həm də çox rütubətdir. Saçımda, geyimimdə bir nəmlik yaranır.
Çönürəm arxaya baxmağa, heç nə görə bilmirəm.
Qorxu da elə bu zaman yaranır. Tənhalıq, kimsəsizlik, nəmli sahil, yeridikcə ayağının altından qaçan qumsallıq… Təhlükə… Ətrafda gəlmələrə aid olmayan yarımçıq xatirələr… məxsusiyyəti bilinməyən köhnə əşyalar… Ölmüş, qurumuş quş və heyvan qalıqları…
Gəzdikcə içimdə bir başqa hisslər də baş qaldırır – mən burdayam, bəlkə də bu hissədə yeganə ayaq izi qalacaq insan mən olacam…
Yenidən maşındayıq. Dönürük geri. Yıxılanda əzilən bədənim artıq ağrımağa başlayıb. Başımda qarışıq fikirlər dolaşır. Əynimdə nəm çəkmiş çirkli geyim, palçıqdan rəngi görsənməyən ayaqqabılar və ən əsası…. bir dünya rəngli-rəngsiz dənizqoxulu FOTOLAR…
Hazırladı: Arzu Məmmədqızı
Fotolar: Fariz Faiqoğlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır