Rusiya ordusunun Ukraynadakı 48 gündə itkisi Sovet İttifaqının Əfqanıstandakı 10 illik müharibəsindən daha yüksək səviyyəyə çatıb.
İNFONEWS UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin 48-ci gününün yekunlarına dair videomüraciətində deyib.
O, xatırladıb ki, Rusiya Kiyevi 48 saata ələ keçirəcəyi ilə öyünürdü.
“Digər tərəfdən, Ukrayna artıq 48 gündür ki, düşmənin hücumlarını dəf edir. Bu gün bunu xatırlamağa dəyər.
Xatırladaq ki, Rusiya rəhbərliyi fevralın 24-dən bir neçə gün sonra, işğal başlayandan sonra Kreşatikdə işğalçıların paradını görməyə ümid edirdi. Lakin o, hər gün müdafiəçilərimizin cəhənnəmə göndərdiyi işğalçıları görür. Artıq 48 günə qədər uzanan 48 saat ərzində Rusiya ordusu 10 ildə Sovet İttifaqının Əfqanıstandakı müharibədəki itkilərindən yüksək səviyyəyə çatdı. Rusiyanın Çeçenistandakı iki müharibədəki itkilərindən çox”, – Zelenski vurğulayıb.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır