AHİK-in şöbə müdiri vəfat edib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Sağlamlığın mühafizəsi və sosial təminat şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Əli Əsgərov vəfat edib.
“İNFONEWS”-un məlumatına görə, o, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında dünyasını dəyişib.
Bildirək ki, Əsgərov Əli Abbas oğlu 1955-ci il avqust ayının 15-də anadan olub. O, ixtisasca həkim olub və müxtəlif xəstəxanalarda çalışıb.
2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 nömrəli sosial ekspert komissiyasının ekspert-həkim cərrahı vəzifəsində işləyib.
Ə.Əsgərov 2019-cu ilin mart ayından Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Sağlamlığın mühafizəsi və sosial təminat şöbəsinin müdiri vəzifəsində çalışırdı.