Bakı metrosunda problem yaranıb

Bakı metrosunda problem yaranıb

Bu gün “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov-Dərnəgül” istiqamətində hərəkət edən qatarda texniki nasazlıq ehtimalı olub.

Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“Bu səbəbdən “Neftçilər” stansiyasında, normativ tələblərə görə, maşinistin tələbinə uyğun olaraq, sərnişinlər düşürülüb və qatar texniki baxış üçün stansiya dalanına verilib. Nəticədə xətdə ikidəqiqə yubanma yaranıb. Əvəzində xəttə yeni qatar verilib”, – o deyib.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir