Ukrayna ABŞ-dan daha ağır silahlar istəyib

“Ukrayna ABŞ-dan daha ağır silahlar istəyib”.

İNFONEWS xəbər verir ki, bunu ölkə Prezidenti Ofisinin rəhbəri Andrey Yermak tviter səhifəsində yazıb.

“Biz ABŞ-ın indiyə qədər göstərdiyi bütün yardımlara görə minnətdarıq. Lakin bizim daha ağır silahlara ehtiyacımız var”, – o bildirib.

A.Yermak həmçinin Rusiyanın Ukraynada törətdiyi cinayətlərə adekvat qiymət verdiyinə görə ABŞ Prezidenti Cozef Baydenə təşəkkür edib: “O, həqiqəti söyləyir”.

Xatırladaq ki, ABŞ və Avropa İttifaqı Ukraynaya silah tədarükünü artırmaq qərarına gəlib. Yaxın vaxtlarda Ukraynaya əlavə silahlar göndəriləcək.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir