ABŞ Ukraynanı helikopter və artilleriya ilə təchiz edəcək

ABŞ Ukraynanı helikopter və artilleriya ilə təchiz edəcək.

İNFONEWS xəbər verir ki, bu barədə Ağ Evin yaydığı press-relizdə deyilir.

Belə ki, ABŞ və Ukrayna prezidentləri Cozef Baydenlə Volodimir Zelenski arasında telefon danışığı zamanı Amerika lideri bu ölkəyə zirehli personal, artilleriya sistemləri və helikopterlər də daxil olmaqla əlavə hərbi yardım üçün 800 milyon dollar ayıracağını bildirib.

“Bu yeni yardım paketinə çox effektiv silah sistemləri, eləcə də Rusiyanın Ukraynanın şərqində başlayacağını gözlədiyimiz daha geniş hücuma uyğunlaşdırılmış yeni hərbi texnika daxil olacaq”, – məlumatda qeyd edilir.

Bayden əlavə helikopterlərin təhvil verilməsini də təsdiqləyib.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir