Sahibini gözləyən sahibsiz məzarlar- FOTOREPORTAJ
İNFONEWS təqdim edir:
Paytaxtın Suraxanı rayonunda yerləşən və “Dədə Qorqud” qəsəbə qəbiristanlığı kimi tanınan ərazidən gedir. Qəbiristanlığın sağ tərəfi müsəlman, sol tərəfi isə xristian qəbiristanlığıdır.
Təxminən 1990-ci ildə salınan bu qəbirstanlıqda məzarların çoxu baxımsızlıqdan sökülür. Bəziləri isə tamamilə yerlə-yeksan olub.
Ətrafda gözümüzə məzar daşları deyil, dəmir üzərində qeyd olunan nömrələr sataşır. Bu nömrələrin hər biri ayrı bir həyat, ayrı bir insandır…
Dəfn edilənlər arasında yol qəzasında ölənlər, meyiti evdə kimsəsiz vəziyyətdə günlər sonra tapılanlar, ana bətnində ölən və ailəsi tərəfindən sahib çıxılmayan günahsız körpələr belə var.
Gündüz ətrafda qurd-quş, gecələr isə əhali arasında goreşən kimi tanınan heyvanlar qəbiristanlığın altını-üstünə çevirir desək, yalan olmaz…
Qəbirsanlığın ümumi vəziyyəti, oradakı qeyri-insani görüntülər ürəkaçan olmadığı kimi, eləcə də qorxunc, tükürpədicidir.
Sözügedən fotoları təqdim edirik:
Fariz Faiqoğlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır