Zelenski: “Kiyev Almaniya Prezidentindən səfər tələbi almayıb”
“Kiyev Almaniyadan Prezident Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin səfəri ilə bağlı sorğu almayıb”.
İNFONEWS xəbər verir ki, bu barədə Ukraynanın dövlətinin başçısı Volodimir Zelenski Latviya, Litva, Polşa və Estoniya Prezidentləri ilə görüşdən sonra mətbuat konfransında bildirib.
“Mən prezident olaraq və ofisimizə Almaniya Prezidenti və Almaniya prezidentinin ofisindən Ukraynaya səfərlə bağlı rəsmi müraciət almamışam”, – deyə Zelenski bildirib.
Aprelin 12-də “Bild” qəzeti yazıb ki, Ukrayna Prezidenti V. Zelenski alman həmkarı Frank-Valter Ştaynmayerin Rusiyaya qarşı siyasətinə görə onu Kiyevdə qəbul etməkdən imtina edib.
Almaniyada Zelenskinin qərarı anlaşılmazlığa səbəb olub və müxtəlif partiyaların alman siyasətçiləri tərəfindən kəskin tənqid edilib. Ştaynmayer özü də təsdiqləyib ki, Kiyev onun yaxın günlərdə səfərə gəlməsini istəmir.
Əzizə Əliyeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır