Rusiyanın müdafiə naziri ağır infarkt keçirdi -Leonid Nevzlin
“İNFONEWS” xəbər verir.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu güclü infarkt keçirərək reanimasiyaya yerləşdirilib.
Bu barədə Rusiya-İsrail ictimai xadimi, YuKOS-un keçmiş həmtəsisçisi Leonid Nevzlin məlumat verib.
Moskvadakı öz mənbələrinə istinadən Nevzlin qeyd edib ki, Şoyqunun infarkt keçirib. Rusiya Federasiyasının müdafiə nazirinin sağ qalıb-qalmayacağı məlum deyil.
“Şoyqu sağ qalsa, əlil ola bilər. Qəfildən böyük infarkt keçirdi, reanimasiyadadır, cihazlara qoşulub. İnfarktın təbii səbəblərdən baş verməməsi ilə bağlı şayiələr var”, – deyə xadim bildirib.