Tarixin maraqlı səhifələri – HİTLERİ QADINA ÇEVİRMƏK PLANI
“İNFONEWS” təqdim edir.
Britaniya hökuməti İkinci Dünya müharibəsində Adolf Hitlerə qeyri-adi bir metodla zərbə vuraraq, qələbəni məhz bu yolla da tezləşdirməyi düşünmüşdür. Belə ki, Fürerin yaxın ətrafına yeridilmiş məxfi agentlər onun qidasına əks cinsin hormonlarını inkişaf etdirəcək qatqılar əlavə etməklə, diktatoru qadına çevirməliydilər.
Bu barədə professor Brayan Ford “Gizli silah: Texnologiya, Elm və İkinci Dünya müharibəsində qələbə uğrunda mübarizə” adlı yeni kitabında yazıb.
Britaniya hökumətinin bu cür ekstravaqant planları haqqında
Başqa sözlə desək, agentlər Hitlerin yeməklərini qadın estrogen hormonu ilə zənginləşdirməliydilər ki, bu da, özlüyündə onun aqressivliyini azaltmalı, yumşaq, sülhsevər və qadına, anaya xas xüsusiyyətlərinin artması ilə nəticələnməliydi.
Əslində nasist Fürerini zəhərləmək heç də asan iş sayılmaz, çünki Adolf Hitler ciddi qorunurdu, hətta ona veriləcək yeməklər əvvəlcə başqaları tərəfindən yeyilələrək yoxlanılırdı. Bu halda isə estrogenin dadsız olması, həm də bunu yalnız davamlı qəbul etdikdə tədricən öz təsirini göstərə bilməsi xüsusiyyətləri əngəl yaradırdı.
Professor B. Fordun verdiyi məlumata görə, Britaniya hökuməti bu cür müharibə üsuluna çox ciddi yanaşıb və bunun tam mümkünlüyünə əmin olublar. Çünki bu əməliyyatın həyata keçirilməsi üçün Fürrerin ətrafına yetərincə Britaniya agentləri yerləşdirilib ki, yalnız bir əmrlə hormonal hücuma başlamağı gözləyiblər.
Qeyd edək ki, bu, britaniyalıların yeganə qeyri-ənənəvi müharibə üsulu olmayıb. Digər analoji üsullar arasında nasist əsgərlərini torpağa yapışdıran xüsusi yapışqanın püskürdülməsi və faşist Almaniyasına altında bomba gizlədilmiş konservləşdirilmiş meyvə qutularının ixracı və s. də olub.
Hazırladı: Arzu Məmmədqızı