“Kiçik bir səy yetər ki, böyük bir sərvət əldə edə biləsiniz”

“Kiçik bir səy yetər ki, böyük bir sərvət əldə edə biləsiniz”

“İNFONEWS” təqdim edir.

İnsanların mütaliəyə daha az vaxt ayırması müasir dünyamızın problemlərindəndir. Bütün ölkələrdə olduğu kimi bu problem Çexiyaya da toxunub. Bu məsələni yetərincə ciddiyə alan yerli kitabxana mütəxəssisləri, sözükeçən qurumlar mövzunu gündəmə gətirərək, Praqa şəhər kitabxanasında “İdiom” adlı kitablardan instalyasiya yaradıblar. İnstalyasiyanın müəllifi slovak rəssamı Matey Kren olub.

Çoxsaylı kitablardan quraşdırılmış qüllənin xüsusi “pəncərə”si var ki, hər kəs bura baxa bilər. Belə ki, qüllənin içərisinə boylananlar, orada hər tərəfdə sonsuz kitab sütununun olduğunu görəcəklər.

Məsələ burasındadır ki, “İdiom” instalyasiyasının bünövrəsinə və tavanına dəyirmi güzgülər quraşdırılıb. Və bu effekti onlar yaradırlar.

Layihənin məqsədi, hər bir insana ötürmək istədiyi isə “Kitablar bizə sonsuz sayda təməli biliklər, məlumatlar ötürür. Yalnız kiçicik bir səy göstərib, onları açmaq, vərəqləməklə belə bir böyük sərvət əldə edə bilərsiniz” ismarıcıdır.

(Arzu Məmmədqızı)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir