“CANLI ÖLÜLƏR”ə çevrilmişlər – narkomaniya QURBANLARI
Bu gün narkomaniyanın qurbanları, onların faciəvi, qorxunc nəticələri olan “CANLI ÖLÜLƏR”ə çevrilmişlər ilə söhbət etdik. İmdad istəyən, bu bəladan qurtulmaq üçün yalvaran insanlarla danışdıq.
ilk növbədə, adamlarda insanlığı məhv edir, onu şüursuz bir varlığa, kimliyi, yeri-yurdu, nəsli bəlli olmayan, özünün insan olduğunu dərk etməyən “canlı ölüyə” çevirir.
Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, 10 ünvanında yerləşən tikintisi yarımçıq qalmış parklanma ərazisinə toplaşan insanların mütəmadi olaraq narkotik qəbul etdikləri məlum oldu.
Adının çəkilməsini istəməyən 24 yaşlı narkotik istifadəçilərindən biri “İNFONEWS” – a danışdı; O, Bakı Dövlət Universitetinin məzunu olduğunu, 2018-ci ildən, elə əvvəlcədən iynə vurmaqla narkotikə qurşandığını söyləyərək, bu yarıtikilidə xeyli müddətdir yaşadığını dedi. Həmçinin, anadangəlmə serebral iflic olduğını, müalicə almaq istədiyini, lakin buna heç bir imkanının olmadığını birdirdi. Onun dediyinə görə, bura müxtəlif təbəqələrdən, ailələrdən insanlar gəlir ki, bəziləri təsadüfən başlayır, sonra isə aludəçiyə çevrilirlər.
Digər bir narkoman, 33 yaşlı Samir Mirzəyev danışır: “Evim uzaqdır, evə gedib-gələbilmirəm. Evdə qalmaq olmur, çünki narkotik tapmaq çətinləşir. Atam yoxdur, anam və bacımla yaşayıram. Bura gələndə 5 – 10 gün qalıram. İşləyirəm: plastmas, alüminium yığıb satıram, topladığım pula “mal” alıb istifadə edirəm. Dəfələrlə müəyyən müddətlik narkotik istifadəsini saxlasam da, psixoloji vəziyyətim birdəfəlik atmağa imkan verməyib. Neçə dəfə evdə qalıb, “mal” vurmamışam, evdəkilər gizli baxıblar ki görsünlər nəsə etmişəm, ya yox, belə şeylər də insana psixi təsir edir. Yuxudan oyananda çox “bərbad” halda oluram (Ağlayır). Hal-hazırda istədiyim tək şey müalicə olunub, normal həyata qayıtmaqdır. Yoxsa mən belə ölümə gedirəm”.
Samir çox yaxşı rəssamlıq qabiliyyəti olduğunu deyir: “Mənim vəziyyətimdə olan çox insanlar – qızlar, oğlanlar var ki, altında xarici avtomobili, bahalı geyimi-keçimi, gül kimi ailəsi ola-ola gəlib, “mal” alıb gedirlər. Vəziyyətim çox açınacaqlıdır. İynə vurmayanda elə bil insanın dərisini sümüyündən ayırırlar, dözülməz dəhşətli ağrılar olur. Bu elə bir ağrıdı ki, öz düşmənimə belə arzu etmirəm. Oğurluğun artması səbəblərinin elə çoxu buna görədir.
Arzu Məmmədqızı
Fariz Faiqoğlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır