Kolleclərə sənəd qəbulu davam edir

Kolleclərə sənəd qəbulu davam edir

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2022-ci il 25 aprel saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən “İNFONEWS”-a verilən məlumata görə, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsindəŞəxsi kabinetyaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər.

Sənəd qəbulu haqqında elanın tam mətni ilə buradan  tanış ola bilərsiniz.

19 aprel saat 09:30-a olan məlumata əsasən 26778 (Azərbaycan bölməsi -26046; rus bölməsi – 732) abituriyent ərizəsini təsdiq edib.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir