SDU tələbənin bıçaqlanması ilə bağlı məlumat yayıb

SDU tələbənin bıçaqlanması ilə bağlı məlumat yayıb

Sumqayıt Dövlət Universiteti tələbənin bıçaqlanması ilə bağlı məlumat yayıb.

Universitetdən “İNFONEWS”-a verilən məlumata görə, IV kurs tələbələri dərsə gəlmir, onlar istehsalat təcrübəsində olurlar.

Qeyd olunub ki, hadisə aprelin 14-də Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində baş verib.

Xatırladaq ki, Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin IV kurs (516-cı qrup) tələbəsi Əliyeva Aydan Rövşən qızı istehsalat təcrübəsindən qayıdan zaman Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində keçmiş nişanlısı, xalası oğlu tərəfindən bıçaqlanıb. Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb, hazırda vəziyyəti qənaətbəxşdir.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir