UNEC-də TTKF-nun təqdimatı olub
Aprel 21-də UNEC-də Təhsil Tələbə Krediti Fondunun (TTKF) təqdimatı keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) “İNFONEWS”-a bildirilib ki, tədbirdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev tələbələrə TTKF-in fəaliyyət istiqamətləri, kreditin verilməsi meyarları və müraciət qaydaları barədə məlumat verib. Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etmək, təhsilin əhatə dairəsini genişləndirmək və keyfiyyətini yüksəltməkdən ibarət olduğunu vurğulayıb.
Təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb və təklifləri dinlənilib.