UNEC-in SABAH mərkəzinin rəhbəri beynəlxalq konfransda təmsil olunacaq

UNEC-in SABAH mərkəzinin rəhbəri beynəlxalq konfransda təmsil olunacaq

UNEC-in SABAH Mərkəzinin rəhbəri dosent Aida Quliyeva məqalələri Scopus bazasında indeksləşən beynəlxalq konfransın Elm komitəsinin növbəti dəfə üzvü seçilib.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) “İNFONEWS”-a verilən məlumata görə, Çexiya Respublikasının “Liderlik” mövzusuna həsr olunan illik 8-ci Beynəlxalq konfransı iyunun 25-26-da Praqa şəhərində təşkil olunacaq. Konfransın Elm komitəsində Azərbaycanla yanaşı, Polşa, Kolumbiya və Çin Xalq Respublikasının nümayəndələri də təmsil olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir