“Ailə institutunun inkişafında adət-ənənələrin rolu” layihəsi bu dəfə Qubada baş tutub

“Ailə institutunun inkişafında adət-ənənələrin rolu” layihəsi bu dəfə Qubada baş tutub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ailələrə Sosial Dəstək” İctimai Birliyi “Ailə institutunun inkişafında adət-ənənələrin rolu” layihəsi çərçivəsində Quba rayonunda tədbirlər keçirib.

Hazırda dövlət ailə siyasəti Azərbaycan Hökumətinin diqqətində olan mühüm məsələlərdəndir. Azərbaycan dövləti ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazaya malikdir. Lakin, təəssüf ki, bu gün erkən nikah və təhsildən yayınma halları, tək valideynli, tək uşaqlı ailələrin sayı artıb.  Azərbaycan ailəsində vəhdət hissinin yaradılması və yaşadılması, valideyn-uşaq münasibətlərinin düzgün qurulması çox vacibdir. Bu sahədə maarifləndirmə və düzgün təbliğat işi çox böyük rol oynayır.  Buna görə də layihənin icrası vasitəsi ilə ailə institutunun inkişafı istiqamətində düzgün təbliğat işi aparmaq niyyətindəyik və layihənin davamlı olması günün  vacib şərtidir.

Bunu layihənin rəhbəri, “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşcisi”, “Əməkdar müəllim”, “Elektrotexnikanın əsasları” adlı dərs vəsaitinin müəllifi, bir çox elmi-metodiki məqalələrin müxtəlifi Esmira Rəhimova “İNFONEWS” – a verdiyi müsahibəsində söyləyib və yeniyetmələrə ailə dəyərləri sisteminin formalaşdırılması, nümunəvi ailələrin təbliğ edilməsi, ailədə övladlar arasında ayrıseçkiliyin mənfi təsirləri və erkən nikahın fəsadları barədə məlumatlandırıcı – maarifləndirici xarakter daşıyan tədbirlərdə danışdığını vurğulayıb. Həmçinin Esmira Rəhimova bildirib ki, layihə çərçivəsində aparılan maarifləndirmə işi ailə institutunun inkişafında öz sözünü deyəcəkdir.
Layihənin eksperti yeniyetmələrə qurduqları ailədə sağlam mühitin formalaşması üçün milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə sahib çıxmağı tövsiyə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir