“Zəfər Qurultayı bizlərə ən əziz töhfədir”- Lalə Aydəmirova, Niderland

“Zəfər Qurultayı bizlərə ən əziz töhfədir”- Lalə Aydəmirova, Niderland

Dogma Vətənim – AZƏRBAYCANIM! Gözlərin aydın, səni təbrik edirəm!

Bu günlərdə Azərbaycan – Şuşa yenə diqqət mərkəzinə cevrilib. Dunya Azərbaycanlarının V Qurultayı bu dəfə hər birimiz üçün müqəddəs sayılan Qarabag torpaqlarında, mədəniyyətimizin beşiyi, baş tacımız Şuşada kecirilir.

Bunu “İNFONEWS” – a Niderlandda yaşayan, uzun illər diasporda aktiv fəaliyyəti ilə daim xalqımızın yanında, yardımında olan soydaşımız Lalə Aydəmirova söyləyib.

“Harada yaşamağımızdan asılı olmayaraq, ürəyimiz səninlə döyünür. Hər qarışın bizə əzizdir, əvəzsizdir.

Bu gün sevincini yaşadıgımız Qələbə Ali Baş Komandanımızın düzgün siyasi strategiyası, xalqımın mərd ogullarının şücaətinin vəhdətidir. Bu qələbədə xaricdə yaşayan və Azərbaycanın haqq səsini dünyaya catdıran diasporacılarımızın da zəhmətini dəyərləndirməyə bilmərik. Əgər bu qələbədə bizim də bir damla zəhmətimiz varsa, deməli, həyatımızı boş yerə yaşamamışıq.

Şuşada kecirilən Dünya Azərbaycanlılarının V Quruıtayı – Zəfər Qurultayı bizlərə ən əziz töhfədir.

Amma bu mübarizənin sonu yox, başlangıcı olmasını unutmuruq.

Bir daha deyim ki, Şəhid ailələrinin qarşısında baş əyirəm.  Sizin övladlarınız, bizim qürur mənbəyimiz, fəxrimizdir. Qazilərimizin əllərindən öpürəm.

DİNLƏ MƏNİ, GÖZƏL VƏTƏN!
BİR SÖZ GƏLİR ÜRƏYİMDƏN
AZADLIĞIN EŞQİYLƏ SƏN
GÜLƏCƏKSƏN HƏR BİR ZAMAN,
AZƏRBAYCAN, AZƏRBAYCAN!!!” – deyə, Lalə Aydəmirova əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir