Emmanuel Makron yenidən prezident seçildi
“İNFONEWS” xəbər verir.
Fransada dünən baş tutan prezident seçkilərinin yekun nəticələri məlum olub.
Belə ki, prezident seçkilərinin ikinci turunda bülletenlərin 100 %-i hesablandıqdan sonra hazırkı Prezident Emmanuel Makron 58,55 faiz səs topladığı müəyyənləşib.
Onun rəqibi Marin Le Pen seçicilərin 41,45 faizinin dəstəyini qazanıb.