Məşhur yazıçının miniatür əlyazması 1,25 milyon dollara satın alınıb
“İNFONEWS” xəbər verir.
Məşhur ingilis yazıçısı Şarlotta Bronteyə məxsus miniatür əlyazma 1,25 milyon dollara satın alınıb.
Brontenin 13 yaşında yazdığı “A Book of Ryhmes” (Qafiyələr Kitabı) – mini əlyazma 1,25 milyon dollara Britaniyanın ədəbi xeyriyyə təşkilatı, “Milli Kitabxanaların Dostları” tərəfindən satın alınıb. Təşkilat əlyazmanı yazıçının Yorkşirdəki “Bronte Parsonage” Muzeyinə bağışlayacağını açıqlayıb.
Oyun kartından da kiçik olan 15 səhifəlik əlyazma 10 şeirdən ibarətdir. Əlyazmanın qəhvəyi rəngli üz qabığı yazıçının özü tərəfindən tikilib.
Əlyazmanın ötən gün Nyu Yorkda nümayiş olunana qədər harada olduğu məlum olmayıb.
Qeyd edək ki, Şarlotta Bronte, XIX əsr, Viktoriyan dövrünün ən bilinən qadın yazıçılarındandır.O, ilk əsəri “Ceyn Eyr” səbəbi ilə böyük nailiyyət qazanıb. Bu romanda Bronte öz həyatında baş vermiş hadisələri qələmə alıb.
(AZƏRTAC)