UNEC -də Ümumdünya İngilis Dili Günü qeyd olunub

UNEC -də Ümumdünya İngilis Dili Günü qeyd olunub

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Xarici Dillər kafedrasının təşkilatçılığı ilə Ümumdünya İngilis Dili Günü qeyd olunub.

Universitetdən “İNFONEWS” – a verilən məlumata görə, tədbirdə UNEC -in Beynəlxalq İqtisadiyyat Məktəbi, Rus İqtisad Məktəbi, “Maliyyə və Müsahibat”, “Biznes və Menecment”, “Mühəndislik” fakültələrinin akademik heyəti iştirak edib.

İştirakçılar ingilis dilində skeçlər, mahnılar və şeirlər oxuyublar. Tədbirin ən maraqlı özəlliyi isə müəllimlərin müxtəlif səhnəciklərdə, yaxud da digər çıxışlarda öz tələbələri ilə eyni səhnədə yer almaları olub. UNEC müəllimi dosent Aysel Xəlilovanın “İngilis dili dərsi” adlı səhnəciyi, müəllim Kəmalə Seyfiyevanın “When we too partied” adlı şeiri, müəllim Əminə Fərzəliyevanın rep söyləməsi, BİM tələbələri tərəfindən ingilis dilində “Khoshgadam Show” səhnəciyi tamaşaçıların geniş marağına səbəb olub.

Xarici dillər kafedrasının müdiri professor Afət Abbasova belə tədbirlərin gələcəkdə bir ənənəyə çevriləcəyini və bu səpgidə təşkil edilən yaradıcılıq proqramlarının müxtəlif məkanlarda, həmçinin səfirlik nümayəndələrinin qatılması ilə keçiriləcəyinin nəzərdə tutulduğunu vurğulayıb.

Qeyd edək ki, 23 aprel – Ümumdünya İngilis Dili Günü ilk dəfə 2010-cu ildən qeyd edilir. Müasir dünyamızda ingilis dili “dünya dili” hesab olunur ki, bu dildə dünyanın onlarla ölkəsində bir milyarddan çox insan danışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir