İngiltərədə aşkarlanan ‘sirli hepatit’ Yaponiyaya da yayıldı

İngiltərədə aşkarlanan ‘sirli hepatit’ Yaponiyaya da yayıldı

Yaponiya Səhiyyə Nazirliyi bir uşağın naməlum kəskin hepatit növü ilə xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Yaponiyanın Səhiyyə Naziri digər ölkələrdəki infeksiyaların vəziyyətini izləyəcəklərini bildirib.

“İNFONEWS” xarici KİV – ə istinadən xəbər verir ki, aprelin 5-də Böyük Britaniyada ortaya çıxan, Avropa və ABŞ-da yayılan, səbəbi məlum olmayan hepatit virusu Yaponiyada da aşkarlanıb. Yaponiyanın Səhiyyə Nazirliyi bir uşağın digər ölkələrdən bu yaxınlarda bildirilən sirli hallara bənzər simptomlarla kəskin hepatitin naməlum forması ilə xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Xəstənin 16 yaşından kiçik olduğu öyrənilsə də, cinsi və yaşadığı ölkənin bölgəsi kimi detallar ictimaiyyətlə paylaşılmayıb. Yaponiyanın səhiyyə naziri Şiqeyuki Qoto Yaponiyada uşaqlarda hepatitlə bağlı hər hansı artımın qeydə alınmadığını, digər ölkələrdəki infeksiyaların vəziyyətini izləyəcəklərini və Yaponiyada uşaqlarla bağlı hepatit hadisələri ilə bağlı ətraflı məlumat toplayacaqlarını bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir