Britaniya La-Manş miqrant qayıqlarını Fransaya qaytarmaqdan imtina edir
Britaniya hökuməti La-Manş boğazındakı miqrant qayıqlarını Fransa sahillərinə qaytarmaq planından imtina etdiyini açıqlayıb. Plana qarşı çıxan və immiqrantların hüquqları üçün kampaniya aparan təşkilatlar bunun immiqrantların həyatını təhlükəyə atacağını iddia ediblər.
“İNFONEWS” -da olan məlumata görə, hökumətin planını məhkəməyə verən dövlət qulluqçularının Həmkarlar İttifaqları PCS, hökumətin “alçaldıcı bir addım atmalı olduğunu” söyləyib.
Digər tərəfdən, Daxili İşlər Nazirliyi hökumətin La-Manş boğazından keçən keçidləri bitirməkdə qərarlı olduğunu açıqlayıb. Ali Məhkəmə məsələ ilə bağlı etiraza mayın 3-də baxmalı idi. Lakin planın ləğvi edilməsi ilə, buna ehtiyac qalmayıb.
PCS ilə birlikdə immiqrasiya hüquqları sahəsində çalışan Care4Calais, Cahnnel Rescue və İşgəncədən Azadlıq, Britaniya sərhəd xidmətinin immiqrasiya gəmilərini bu şəkildə geriyə çəkmək hüququna malik olmadığını müdafiə edib. PCS Baş katibi Mark Servotka isə “Bu Daxili İşlər Nazirliyinin əməkdaşları və immintları üçün qələbə sayılır” – deyə, vurğulayıb.
“Biz bu işi immiqrant hüquqlarının müdafiə qurumu ilə birgə işlədiyimiz üçün qürur duyuruq. Etik cəhətdən biabırçı və qeyri-insani olan belə bir təklif bir daha işıq üzü görməyəcək. Bu qərarın geri götürülməsi ilə insanların həyatını xilas etdiyi danılmaz faktdır” – əlavə edib.